Lemparddan sonra het-trik edən ilk ingilis oldu

“Çelsi” İngiltərə Premyer Liqasının 5-ci turunda səfərdə “Vulverhempton”u 5:2 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu qarşılaşmada het-trik edən Temmi Abraham “zadəganlar”ın tarixinə düşüb. 21 yaşlı hücumçu “Çelsi”nin tarixində bir oyunda 3 qol vurmağı bacaran ən gənc futbolçu olub.

Abraham, həm də, “Çelsi”də Frenk Lemparddan sonra het-trik edən ilk ingilis futbolçu olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button