“Çelsi” ilə “Yuventus” anlaşa bilmir – 10 milyon avroya görə

“Çelsi” hələ də “Yuventus”un müdafiəçisi Matteys de Liqti transfer etməyə çalışır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, londonlular niderlandlı futbolçu üçün təxminən 80 milyon avro təklif etməyə hazırdır. “Yuventus” isə futbolçusu üçün 90 milyon istəyir.

“Çelsi” Matteys de Liqtə 5 illik müqavilə və 11 milyon avroluq maaş təklif etməyə hazırdır.

De Liqt 2021/22 mövsümündə “Yuventus”un heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Turin klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button