Jirunun 5-ci “elçi”si

“Çelsi” ilə mövsümün sonuna qədər müqaviləsi olan Olivye Jiruya daha bir “elçi düşüb”.

Komanda.az xəbər verir ki, “Lion”, “Bordo”, “Reyncers” və “İnter”dən sonra “Yuventus” da 33 yaşlı hücumçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Mario Mancukiçin “Əl Duhail” klubuna keçməsindən sonra hücumçu transfer etmək istəyən “Yuventus”, qış transfer pəncərəsi dövründə “Çelsi” ilə danışıqlara başlayacaq. London təmsilçisində az şans qazanan fransız futbolçunun “İnter”ə keçməyə müsbət yanaşdığı bildirilir.

Jiru bu mövsüm “Çelsi”də 7 oyuna çıxıb və 1 qol vurub. Onun “zadəganlar”la müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button