Daha 1 il “Çelsi”də

Yayda “Çelsi” ilə müqaviləsinin müddəti bitməli olan Olivye Jirunun gələcək taleyi bəlli olub.

Komanda.az xəbər verir ki, “zadəganlar” fransız hücumçuyla yeni – bir illik sözləşmə imzalayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Çelsi”nin Jirunu daha bir il komandada saxlayacağı bildirilib.

Jiru bu mövsüm “Çelsi” formasıyla 44 qarşılaşmada iştirak edib. 32 yaşlı hücumçu bu oyunlarda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.