“Çelsi”nin futbolçusu rəsmən “Aston Villa”da

“Çelsi” futbolçusu Ross Barklini icarəyə verib.

Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Aston Villa”ya keçib. Bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb. Barkli 2020/21 mövsümünü icarə əsasında “Aston Villa”da keçirəcək.

2018-ci ilin yayından “Çelsi”də çıxış edən Barkli, bu mövsüm Premyer Liqada iki oyunda iştirak edib.