Rəsmi: “Çelsi” onunla “nikah təzələdi”

“Çelsi” futbolçusu Olivye Jirunun müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, London təmsilçisi 32 yaşlı hücumçuyla bir illik sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2018-ci ilin yanvarından “Çelsi”də forma geyinən Jirunun əvvəlki müqaviləsi mövsümün sonunda bitirdi.