“Çelsi” braziliyalı futbolçusunu icarəyə verdi

“Çelsi”nin yarımmüdafiəçisi Lukas Piazon karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyasında mübarizə aparan “Kyevo” braziliyalı futbolçunu icarə əsasında heyətinə qatıb. Piazon mövsümün sonuna qədər “Kyevo”da çıxış edəcək.

2012-ci ildən “zadəganlar”da çıxış edən 25 yaşlı futbolçu, daha əvvəl “Malaqa”, “Ayntraxt”, “Fulhem” kimi klublarda icarə əsasında forma geyinib.

Piazon bu mövsüm “Çelsi”nin heyətində cəmi bir oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button