“Çelsi” Batşuayini icarəyə verdi

İngiltərənin “Çelsi” klubu futbolçusu Mişi Batşuayini icarəyə verib.

Komanda.az xəbər verir ki, hücumçu qarşıdakı mövsümü Premyer Liqanın digər təmsilçisi “Kristal Pelas”da keçirəcək.

Bu barədə sözügedən klubların mətbuat xidmətləri yayıb. Belçikalı forvard yeni komandasına qoşulmazdan öncə “Çelsi” ilə müqaviləsinin müddətini 2022-ci ilin yayına qədər uzadıb. Mişi artıq ikinci dəfə “Kristal Pelas”a icarəyə verilir. O, 2018/19 mövsümündə də bu komandada çıxış edib.

Qeyd edək ki, Mişi Batşuayi 2016-cı ildən “Çelsi”yə məxsus olsa da, müxtəlif klublarda icarə əsasında oynayıb. Belçika yığmasının da üzvü olan futbolçu geridə qalan mövsümdə London klubunun heyətində 25 oyuna çıxıb, 8 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button