“Barselona” və “Yuventus”un istədiyi futbolçu ilə bağlı qərar verildi

“Çelsi” yarımmüdafiəçisi ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar”  31 yaşlı futbolçusu Villianla müqavilənin müddətini uzatmağa qərar verib. Klubun tezliklə “Barselona” və “Yuventus”un maraq dairəsində olan orta sahə futbolçusu ilə danışıqlara başlayacağı bildirilir. Villianın da London klubunda qalmağa müsbət yanaşdığı bildirilir.

2013-cü ildən “Çelsi”nin şərəfini qoruyan futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatır.