“Çelsi” 50 milyonluq müdafiəçi aldı – RƏSMİ

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, London təmsilçisi “Lester Siti”nin müdafiəçisi Ben Çiluelli transfer edib.

Bu barədə “zadəganlar”ın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı bu transfer üçün London təmsilçisinin 50 milyon funt-sterlinq ödədiyini yazıb.

Qeyd edək ki, “Lester Siti”nin yetirməsi olan Çiluell 2015-ci ildə əsas komandaya yüksəlib, 2016-cı ildən isə Premyer Liqa oyunlarında iştirak etməyə başlayıb. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 27 oyunda 3 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. İngiltərə yığmasının da formasını geyinən futbolçu “Lester Siti”də 120-dən çox rəsmi oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button