Çempionlar Liqası: “Qarabağ” yenə “Şerif”lə qarşılaşa bilər!

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində təşkil edilib və Bakı vaxtilə saat 14:00-da başlanıb. Tədbirdə “Qarabağ”ın da bu mərhələdəki potensial rəqibi müəyyənləşib.

“Köhlən atlar” turnirin 1-ci təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın “Sileks” klubunu keçəcəyi halda, 2-ci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

2-ci təsnifat mərhələsində “Qarabağ” – “Sileks” cütünün qalibi ev sahibi olacaq.

“Qarabağ” əvvəllər də Çempionlar Liqasında “Şerif”lə qarşılaşıb.

2-ci təsnifat mərhələsinin qarşılaşmaları 25-26 avqustda keçiriləcək.

UEFA Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Floriana (Malta) – ÇFR (Kluj, Rumıniya) cütünün qalibi / Dinamo (Zaqreb, Xorvatiya)

Yanq Boyz (İsveçrə) / Kİ (Klaksvik, Farer adaları) – Slovan (Bratislava, Slovakiya) cütü

Seltik (Şotlandiya) – KR (Reykyavik, İslandiya) cütü / Ferentsvaroş (Macarıstan) – Yurqorden (İsveç) cütü

Qarabağ (Azərbaycan) – Sileks (Şimali Makedoniya) cütü – Şerif (Moldova) / Fola Eş (Lüksemburq) cütü

Dinamo (Brest, Belarus) – Astana (Qazaxıstan) cütü / Konnas Ki (Uels) – Sarayevo (Bosniya və Herseqovina) cütü

Srvena Zvezda (Serbiya) – Europa (Cəbəllütariq) cütü / Dinamo (Tbilisi, Gürcüstan) – Tirana (Albaniya) cütü

Seltik (Şotlandiya)/Reykyavik (İslandiya) cütü – Ferensvaroş (Macarıstan) / Yurqorden (İsveç) cütünün qalibi

Flora (Estoniya)/Suduva (Litva) cütü – Makkabi (Təl-Əviv, İsrail) / Riqa (Latviya) cütünün qalibi

Legiya (Polşa) / Drita (Kosovo) / Linfild (Şimali İrlandiya) cütünün qalibi – Ararat (Ermənistan) / Omoniya (Kipr) cütünün qalibi

Çelye (Sloveniya) / Dandolk (İrlandiya) cütü – Molde (Norveç) / KuPS (Finlandiya) cütünün qalibi

AZ Alkmaar (Niderland) – Viktoriya (Çexiya)

PAOK (Yunanıstan) – Beşiktaş (Türkiyə)

Lokomotiv (Zaqreb, Xorvatiya) – Rapid (Vyana, Avstriya)