Azərbaycanın Premyer Liqa klublarının yoxlama oyunları canlı yayımda

“CBC Sport” telekanalı həftəlik yayım proqramını açıqlayıb.

Komanda.az telekanalın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, “Sumqayıt”, “Sabah”, “Səbail” və “Zirə” klublarının yoxlama oyunları “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Canlı yayımlanacaq yoxlama oyunlarının vaxtını təqdim edirik:

14 yanvar

Kaposvar (Macarıstan) – Sumqayıt

15 yanvar

Sabah – Akademika Klinçeni (Rumıniya)

16 yanvar

Sepsi (Rumıniya) – Zirə

18 yanvar

Olimpik (Donetsk, Ukrayna) – Səbail

19 yanvar

Kaysar (Qazaxıstan) – Sabah