Cavid Hüseynov rəsmən “Zirə”də!

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu “Qəbələ”nin kapitanı Cavid Hüsynovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.

Cavid Hüseynov “Zirə”nin mətbuat xidmətinə açıqlamasında bu keçidi ilə bağlı bunları söyləyib:

“Zirə” rəhbərliyi və baş məşqçi Samir Abasovun məni komandada görmək istədiklərini bilirdim. Klub rəhbərliyi ilə müzakirələr apardıq. Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə bu gün müqavilə bağladıq, “Zirə” ilə müqavilə imzaladığma görə şadam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button