Cavid Hüseynov: “Hürənlərə fikir verib vaxtınızı itirməyin”

“Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynov UEFA Region Kubokunda çıxışlarından sonra “İnstaqram” hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, adı “Şamaxı” ilə hallanan mütəxəssis komandasının turnirdə mübarizəni dayandırmasından sonra bunları yazıb:

“Sizə bir söz deyim, bizi bizdən başqa heç kim başa düşə bilməz və başa düşməyəcək də. 20 gün ərzində yeni komanda formalaşdı və beynəlxalq oyuna çıxdıq. Nəticədən asılı olmayaraq, sizinlə fəxr edirəm. Əzmkarlığınız, mübarizliyiniz göz önündəydi. Hürənlərə fikir verib qızıl vaxtınızı itirməyin, başınızı dik tutun və önünüzə baxın”.

“Cəbrayıl” UEFA Region Kubokunun ilkin mərhələsində “Kolos”a (Belarus) 1:2 və 2:6 hesabları ilə uduzub.