Neymarın cəzası azaldıldı

İdman Arbitraj məhkəməsi (CAS) PSJ-nin hücumçusu Neymarın apellyasiya şikayətini təmin edib.

Komanda.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, məhkəmə Neymarın UEFA Çempionlar Liqasındakı 3 oyunluq cəzasını 2 matça endirib. Beləliklə, turnirin qrup mərhələsinin ilk 2 oyununda iştirak etməyəcək braziliyalı futbolçu, 3-cü tur çərçivəsində oktyabrın 22-də keçiriləcək “Brügge” ilə matçda komandasına kömək edə biləcək.

Neymar keçən mövsüm, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted”lə keçirilən cavab qarşılaşmasından (1:3) sonra cəzalandırılmışdı.