CAS “Mançester Siti”nin cəzasını ləğv etdi – rəsmi

İdman Arbitraj Məhkəməsinin (CAS) iki il müddətinə avrokuboklardan uzaqlaşdırılan “Mançester Siti” ilə bağlı yekun qərarı açıqlanıb.

Komanda.az xəbər verir ki, qurum “şəhərlilər”in müraciətini təmin edib. Bundan başqa, kluba verilən 30 milyon avroluq cərimə də azaldılaraq, 10 milyon avroya endirilib. MS növbəti 30 gün müddətində bu məbləği ödəməlidir.

Maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən qarşıdakı 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırılan “Mançester Siti” 30 milyon avro məbləğində cərimələnmişdi.