Varandan “Real”dakı gələcəyi ilə bağlı açıqlama

Cari mövsümün sonunda “Real”dan ayrılmaq istədiyi deyilən Rafael Varan gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu, “kral klubu”ndan ayrılmayacağını deyib:

“Növbəti mövsümdə də “Real”da olacam. Əminəm ki, gələcək mövsümdə çox güclü bir oyun göstərəcək, daha çox mübarizə aparacağıq.

Komandadakı hansısa futbolçunu və ya vəziyyəti günahlandıra bilmərik. Bu mövsüm çətin anlarda vəziyyətdən çıxa bilmədik. Mövsüm ərzində yaxşı formada deyildim, amma növbəti mövsüm ən yaxşı Rafaeli görəcəksiz. Oyunumuzu inkişaf etdirib, Zinəddin Zidanla uğurlara imza atacağıq. Komanda olaraq yenidən formalaşacağıq və bu mövsüm edə bimədiyimiz hər şeyi növbəti mövsüm edəcəyik”.

2011-ci ildən “Real”ın şərəfini qoruyan 26 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 43 oyunda 2 qolla yadda qalıb.