“Cari mövsüm davam etdirilməsə, daha yaxşı olar” – Mançini

Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini İtaliya A Seriyası ilə bağlı açıqlama verib.

Komanda.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, koronavirus pandemiyası səbəbiylə dayandırılan A Seriyasının taleyi ilə bağlı bunları deyib:

“Düşünürəm ki, cari mövsüm davam etdirilməsə, daha yaxşı olar. Futbolçular yayda ard-arda çox oyun keçirsələr, daha çox zədələnə bilərlər. Sentyabr ayında millinin Millətlər Liqası və DÇ-2022-nin seçmə mərhələsi iə bağlı sıx qrafiki olacaq. Komandaya daha çox futbolçu çağırmağa məcbur ola bilərik. Futbolçularım ən qısa müddətdə meydana qayıtmaq istəyir və ümid edirəm ki, bunu bacara bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button