“Barselona”ya futbolçu kimi inkişaf etmək arzusu ilə qayıtdım” – Koutinyo

Keçən mövsümü icarə əsasında “Bavariya”da keçirən “Barselona”nın futbolçusu Filippe Koutinyo açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda Kataloniya klubuna qayıdan braziliyalı futbolçu, istəklərindən danışıb:

“Barselona”ya futbolçu kimi inkişaf etmək arzusu ilə qayıtdım. Hər zaman inkişaf etmək, oyunumu yaxşılaşdırmaq əsas hədəfim olub. Çalışmaq və komandaya faydalı olmaq istəyirəm. “Bavariya”da öyrəndiyim əsas məsələlərdən biri də çox çalışmağın əhəmiyyəti oldu”.