“Çətin günlər yaşayırıq” – Zidan

İspaniya La Liqasının son turunda “Valensiya”ya 1:2 hesabı ilə məğlub olan “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis, futbolçulara dəstək olub:

“İlk 30 dəqiqədə yaxşı oynadıq, amma özünəinamımız yox idi. Futbolçularımı qətiyyən günahlandıra bilmərəm. Yaxşı komandaya qarşı oynayırdıq. Futbolçularımız sona qədər mübarizə apardılar.

Artıq növbəti matçı düşünmək məcburiyyətindəyik. Çətin günlər yaşayırıq. Futbolçularımı dəstəkləyirəm. Növbəti matçda daha yaxşı oynamağa çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button