“İnter”də qaldığı üçün sevinir

“İnter”in hücumçusu Lautaro Martines qarşıdakı mövsümlə bağlı gözləntiləri haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, bu mövsümün çətin olacağını deyib:

“Yeni mövsümə başladığımız üçün xoşbəxtik, bir ailə olmağa davam edirik. “İnter”də oynamağa davam edəcəyim üçün şadam. Çətin bir mövsüm olacaq, amma biz yenidən qalib gəlməyə hazırıq”.

Martinesin Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, ötən mövsüm “İnter”in heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 25 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button