“Traktor” Mustafa Dənizli ilə yollarını ayırdı

Cənubi Azərbaycanın “Traktor” klubu baş məşqçisi Mustafa Dənizli ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Təbriz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mustafa Dənizli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Dənizli bu yay “Traktor” ilə 5 illik müqavilə imzalamışdı. “Traktor” hazırda İran çempionatında 18 xalla 16 kollektiv arasında 8-ci sıradadır.

Dənizli 2013/14 mövsümündə “Xəzər Lənkəran”da baş məşqçilik edib. O, İranda “Pas Tehran” və “Persepolis” klublarını da çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button