CONMEBOL səfər qolu qaydasını ləğv etdi

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) səfər qolu qaydasını ləğv edib.

Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. CONMEBOL öz bayrağı altında keçirilən yarışlarda sözügedən qaydanın ləğvinə dair qərar çıxarıb.

Yeni qaydaya əsasən, qol sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyası olacaq.

Daha əvvəl UEFA öz bayrağı altında keçirilən yarışlarda səfər qolu qaydasının ləğvinə dair qərar çıxarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button