DÇ-2010-da ilk qolun müəllifi olmuş futbolçu “Sabah”a gəlir?

Cənubi Afrika Respublikası (CAR) millisinin sabiq futbolçusu Sipive Çabalala karyerasını Azərbaycanda davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 35 yaşlı hücumçu ilə aralarında “Sabah”ın da olduğu bir neçə Premyer Liqa klubu maraqlanır. Bu barədə “sowetanlive.co.za” saytı məlumat yayıb. Hazırda azad agent statusu daşıyan oyunçunun bir neçə klubla danışıqlar apardığı bildirilir.

Çabalala CAR-da keçirilən DÇ-2010-un ilk qolunun müəllifi olmuşdu. O, CAR yığmasının Meksika ilə qarşılaşdığı oyunda (1:1) hesabı açmışdı.

Azad agent olan Çabalalanın son klubu Türkiyə “Ərzurumspor”u olub. O, Super Liqada iştirak etdiyi 17 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb. “Ərzurumspor” ötən mövsümü 17-ci sırada bitirərək, elita ilə vidalaşmışdı.

Çabalalanın CAR-ın “Kayzer Çifs” klubunda olduğu zaman komanda yoldaşı olan Hendrik Ekşteyn hazırda “Sabah”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button