Olimpiya çempionu koronavirusa yoluxdu

Cənubi Afrika Respublikasından (CAR) olan idmançı Ueyd van Nikerk koronavirusa yoluxub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı idmançının koronavirus testi müsbət çıxıb.

Ueyd van Nikerk 2016-cı ildə Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda dünya rekordu qıraraq, çempion olmuşdu. O, 2 dəfə də dünya çempionu adını qazanıb.