“Bütün futbolçuların formaya düşməsini istəyirəm” – Zidan

İspaniya La Liqasının son turunda “Selta”nı 2:0 hesabı ilə məğlub edərək, “Real”dakı ikinci karyerasına qələbəylə başlayan Zinəddin Zidan, matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, komandanın göstərdiyi oyundan razı qalmadığını deyən 46 yaşlı mütəxəssis, heyətdəki bütün futbolçulara şans verəcəyini bildirib:

“Meydandakı vəziyyət yaxşı idi. Qalib gəlməyə çalışdıq və bunu bacardıq. Oyuna yaxşı başlamadıq, amma səbrli oynadıq. Əsas olan qalib gəlmək idi.

25 futbolçudan ibarət heyətim var və futbolçuların hamısından istifadə edəcəm. Bu mövsüm az oynayan Keylor Navas, İsko, Marselo və Marko Asensio nələr edə biləcəklərini bu matçda göstərdilər. Bütün futbolçuların formaya düşməsini istəyirəm”.

Transferlər haqqında danışan fransalı mütəxəssis, “Yayda dəyişikliklər olacaq, amma hazırda bundan artığını deyə bilmərəm” deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button