Buskets İnyestanı geridə qoydu

İspaniya La Liqasının 33-cü turunda “Real Sosyedad”a qarşı matçda forma geyinən “Barselona”nın yarımmüdafiəçisi və kapitanı Serxio Buskets kataloniyalıların heyətində 675-ci oyununu keçirib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Buskets bu göstəricidə “Barsa”nın sabiq futbolçusu Andres İnyestanı üstələyərək üçüncü yerə çıxıb.

Buskets “Barselona”da oyun sayına görə yalnız hazırda komandanın baş məşqçisi olan Xavi (767) və Lionel Messidən (778) geri qalır.

“Barselona” “Real Sosyedad”ı 1:0 hesabı ilə məğlub edib.