“Burda qorxulu günlər yaşayırıq” – Vaqner da Silva

“Qarabağ”ın qapıçısı Vaqner da Silva dünyada yayılan koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Globoesporte” nəşrinə danışan braziliyalı qolkiper, Bakıdakı vəziyyəti dəyərləndirib:

“Bakıda məktəblər 3 həftədir ki, bağlıdır. Ticarət mərkəzləri işləmir, restoranlar isə məhdud saatlarda açıq olur. Burda qorxulu günlər yaşayırıq, İran Azərbaycanla həmsərhəddir. Ora Çin və İtaliya ilə birlikdə koronavirus səbəbiylə ölüm hadisəsinin ən çox olduğu ölkələrdən biridir.

İşə başlamaq üçün ikinci qərarı gözləyirik. Bu pandemiyadan məlumatlı olmaq və hamının yaxşılığını düşünmək vacibdir. Ölkəmdən uzaqdayam, ümid edirəm ki, Braziliyada lazımi addımlar atılır. Orda ailə üzvlərim var. Dua edirəm ki, virus tezliklə keçsin və normal həyata qayıda bilək. Çox şey bizim gücümüzdən asılıdır. Əminəm ki, Allahın köməyi ilə hər şey qısa müddətdə normal vəziyyətə qayıdacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button