“Burda mən “Fiat”ların arasındakı “Ferrari” kimi görünürəm” – İbrahimoviç

Hazırda “Los Anceles Qalaksi”nin formasını geyinən Zlatan İbrahimoviç MLS haqqında danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, isveçli hücumçu, Amerika çempionatının səviyyəsinin aşağı olduğunu bildirib:

“Düzü, MLS Avropa səviyyəsində deyil. Mən hər zaman ya öz səviyyəmdə, ya da səviyyəmə yaxın futbolçularla oynamışam. Bu, qarşılıqlı anlaşma yaradır. Burda isə mən “Fiat”ların arasındakı “Ferrari” kimi görünürəm. İsveç milli komandasında da eyni problemi yaşamışdım, amma orda fərq böyük deyildi.

Mən bunu qəbul edə bilmərəm. Ötürmə verə bilməməyi və ya bunu gec etməyi qəbul edə bilmirəm. Futbolçuların mənim səviyyəmə yüksəlməsini istəyirəm”.