“Hücumçular müdafiəyə kömək etməsəydilər…” – Simeone

 UEFA Çempionlar Liqasının 1/8 final mrəhələsinin ilk oyunu çərçivəsində öz meydanında “Liverpul”a 1:0 hesabı ilə qalib gələn “Atletiko”nun baş məşqçisi Dieqo Simeone oyundan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, qələbə haqqında danışıb:

“Oyunun belə olacağını gözləyirdik. Fiziki cəhətdən çox güclü olan komandaya qarşı oynayırdıq. Nəticəni qorumaq üçün vacib olan oyunu göstərdik. Daha bir neçə qol şansımız da oldu. Komanda olaraq birlikdə oyanıyırıq. Hücumçular müdafiəyə kömək etməsəydilər, komanda uğur əldə edə bilməzdi. Bütün futbolçular çox çalışdı.

Möhtəşəm rəqibə qarşı çətin oyun oldu. “Liverpul” çox yaxşı, sürətli futbolçulardan ibarət komandadır. Stadiondakı atmosfer inanılmaz idi. Burda işlədiyim 8 il ərzində belə atmosfer görməmişdim”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button