“Mövsümə yaxşı start versək, yaxşı da bitirəcəyik” – “Real”ın futbolçusu

İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior açıqlama verib.

Komanda.az klubun kanalına istinadən xəbər verir ki, braziliyalı hücumçu, “Real”da inkişaf etdiyini bildirib:

“Müəyyən qədər yorğun olmağımıza baxmayaraq, özümüzü yaxşı hiss edirik. Mövsüm ərzində hər oyuna hazır olmaq üçün indi çox çalışmalıyıq. Bizim üçün ən vacibi, tam hazır olmaq və yaxşı mövsüm keçirməkdir. İnanıram ki, mövsümə yaxşı start versək, yaxşı da bitirəcəyik.

Düşünürəm ki, burda çox inkişaf etmişəm. Bütün komanda yoldaşlarım bunun üçün mənə kömək edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button