“Bura gəlməyi ən yaxşı seçim sayıram” – “Neftçi”nin legioneri

“Neftçi”nin yunanıstanlı futbolçusu Vangelis Platellas açıqlama verib.

Komanda.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən yunanıstanlı futbolçu, Azərbaycana uyğunlaşması haqda danışıb:

“Yunanıstan üçün darıxıram. Təbii ki, xaricdə çıxış etməyin müsbət tərəfləri var. Ancaq özümüzünkülər üçün darıxıram. Hərçənd Bakı yüksəlişdə olan, bir neçə il sonra daha da inkişaf edəcək bir şəhərdir. Azərbaycanlılar çox qonaqpərvərdirlər və klubum bu məsələlərdə mənə kömək etdi. Hər zaman yanımda yardım edəcək bir nəfər olur. Bura gəlməyi ən yaxşı seçim sayıram. Çünki Yunanıstanda bəzi insanlar bizə hörmət etmirlər. Xoşbəxtəm. Maliyyə baxımdan problem yoxdur. Heç kim bununla bağlı çətinlik çəkmir. Klubun sponsorları var və hamı bilir ki, pulu batmayacaq”.

30 yaşlı futbolçu, keçmiş komandası “Aris”ə qayıtmaqla bağlı da danışıb:

“Aris” ötənilki kimi çıxış etmir, komandada sabitlik çatmır. Yeni baş məşqçiləri var və daha yaxşı oynayacaqlar. Heyətdə hər bir mövqe üzrə yaxşı futbolçular var. Mənim mövqeyim boş olsaydı, orda ola bilərdim. Karyeram pis alınmayıb. Uşaq yaşlarımdan futbolçu olmaq istəyirdim. İnanıram ki, nə qədər çox məşq etsən, bir o qədər də uzun müddət oynaya bilərsən.

Millidə oynamağa gəldikdə isə, sinəndə gerblə çıxış etmək önəmlidir, böyük qürurdur. Sizdə Karaqunis, Dellas, Basinasın istəyi, əzmi yoxdursa, alınmaz”.

Keçən mövsümün qış fasiləsində “Neftçi”yə transfer olunan Platellas, cari mövsümdə paytaxt klubunun heyətində 10 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button