“Riskə getməyəcəyik” – UEFA prezidenti

UEFA prezidenti Aleksandr Çeferin koronavirusun futbola təsiri ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, qurumun rəsmi saytına danışan Çeferin, bunları deyib:

“Pandemiya dövründə əsas qurumlar nələrisə qurban verməli idi. UEFA da mövsümün bir hissəsini qurban verdi, bunun sayəsində yerli çempionatları iyulun sonuna qədər bitirib, avqustda avrokubokları keçirə bilmək imkanı yarandı. Bunun üçün UEFA, yerli federasiyalar, klublar həmrəylik göstərdi.

Əvvəldən də avrokuboklarda cari mövsümün bu il içərisində bitə biləcəyinə inanırdım. Növbəti qərara qədər oyunlar azarkeşsiz keçiriləcək. Riskə getməyəcəyik. İdarəedici orqan olaraq, təkcə UEFA turnirlərini deyil, bütün futbolu diqqətdə saxlamalıyıq.

İlkin mərhələdə AÇ-2020-ni təxirə saldıq. Məncə, hər kəs bunu digər iştirakçılara kömək məqsədiylə etdiyimizi başa düşdü.

Pandemiya sayəsində bütün dünyanın və UEFA-nın nə öyrəndiyini demək çətindir. Hamımız bu krizisin öhdəsindən gələcəyik və daha güclü, daha ağıllı olacağıq. Bu dövrdə futbol ictimaiyyəti təkcə birlik və həmrəylik deyil, həmçinin dostluq və hörmət də göstərdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button