Bunun mənim üçün elə bir fərqi yoxdu – Sansone

“Neftçi”nin hücumçusu Canluka Sansone Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, italiyalı futbolçu klubun rəsmi saytına açıqlamasında start heyətində və ya sonradan meydana daxil olmağın onun üçün elə bir fərqi olmadığını deyib:

“Komandaya yeni qoşulmuşam. Bununla belə, artıq uyğunlaşmağa başlamışam. Çox gözəl kollektivimiz var. Özümü burada çox yaxşı hiss edirəm. Matça gəlincə, yaxşı oyun nümayiş etdirdik. Şadam ki, qələbə qazandıq. Əsas heyətdə kimin oynayacağına baş məşqçi qərar verir. Start heyətində və ya sonradan meydana daxil olmağımın mənim üçün elə bir fərqi yoxdu. Əsas odu hər oyuna hazır olub, komandama fayda verim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button