“Bunun cəzasını çempionat oyunlarında çəkəcəyik”

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Zalsburq”u qəbul edəcək “Napoli”nin baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, qarşılaşmanın vacibliyindən danışıb:

“Bu oyun bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Pley-offa vəsiqə qazanmaq istəyirik, bu gün yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik. Son qarşılaşmalarda bəzən oyuna nəzarəti itirirdik. Çempionlar Liqasında oyunun taleyini kiçik nüanslar həll edir. Bəzi oyunlarda möhtəşəm futbol göstərsək də, sabitlik çatışmadı. Xüsusilə, bunun cəzasını çempionat oyunlarında çəkəcəyik”.

“Napoli” – “Zalsburq” matçı bu gün, saat 00.00-da start götürəcək.