“…bunu hər il edə bilmərik” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, transferlərə çox pul xərcləmədikləri ilə bağlı tənqidlərə belə cavab verib:

“Bu, “Liverpul” üçün ən uğurlu transfer pəncərlərindən biri olmayacaq. Son iki ildə transferlərə çox pul xərclədik, bunu hər il edə bilmərik. İnsanlar bu haqda çox rahat danışırlar. Bəlkə də, dünyada iki klub -“Mançester Siti” və PSJ bunu hər il edə bilər. Biz komanda olaraq xoşbəxtik, bütün vəziyyətlər üçün həll yolumuz var. Biz transfer məsələlərində olduqca rahatıq. Komandada gənc futbolçular və onlarla çalışmaqdan həzz alırıq. Nabi Keyta və Xerdan Şakirinin hələ də zədəli olduğunu və bizimlə birlikdə olmadıqlarını unutmamaq lazımdır”.