“Bunu bacaracağımıza şübhə etmirdim” – Obradoviç

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçirilmiş oyunu şərh edib.

Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis 2:1 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Çox istəkli idik. Qol buraxdıqdan sonra da uşaqlara ruhdan düşməməyi, heç nəyin bitmədiyini, sona qədər oynamağın vacib olduğunu bildirdim. Uşaqlar da özlərinə inanırdılar. Nəticədə qələbə topunu vurduq. Bunu bacaracağımıza heç şübhə də etmirdim. Birinci hissədə daha yaxşı oynadıq. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini gözləyirdik. Fərid Nəbiyevin əvəzlənməsi zədə ilə deyil, taktiki dəyişikliklə bağlı idi. Onun hazırda yaxşı formada olduğunu qeyd edə bilərəm. Unutmayaq ki, bizim 4 gündən sonra daha bir rəsmi görüşümüz var. Əlbəttə, Gürcüstanla oyuna qədər optimal formada olacağımıza inanıram. Adətən bu cür oyundan və qələbədən sonra növbəti qarşılaşmaya daha tez bərpa olursan. Gürcüstan haqda tam məlumata sahibəm. Onların son 8 oyununu izləmişəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button