“Bundesliqanın bombardiri olmaq istəyirəm, amma…” – Haland

“Borussiya”nın (Dortmund) futbolçusu Erlinq Haland karyerası ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı futbolçu, Dortmund klubundakı hədəfləri və istəkləri barədə danışıb:

“Adi bir futbolçu kimi “Borussiya”ya gəldim və hələ də elə olaraq qalıram. Bu müddətdə heç bir şey dəyişməyib. Amma haqqımda yaxşı sözlər eşitmək xoşdur, bu, yaxşı işlər gördüyümü göstərir. Ən yaxşı futbolçu olmaq üçün əlimdən gələni edirəm, bacardığım qədər çox çalışıram. Bundesliqanın bombardiri olmaq istəyirəm, amma rekordlar haqqında düşünənlərdən deyiləm. Bu, mənə uyğun bir şey deyil. Komandamı və ona necə kömək edə biləcəyimi düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button