Bundesliqada yeni mövsümün püşkü atıldı

Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün püşkü atılıb.

Komanda.az xəbər verir ki, artıq 2019/20 mövsümünün ilk turunun təqvimi də məlumdu.

Bundesliqanın rəsmi saytının yaydığı məlumata görə, yeni mövsümün açılış turunda son çempion “Bavariya” doğma meydanda “Herta” ilə üz-üzə gələcək.

Dortmund “Borussiya”sı isə startda “Auqsburq”u sınağa çəkəcək.

Almaniya çempionatında yeni mövsümə avqustun 16-da start veriləcək.

Almaniya Bundesliqası
1-ci tur
16-18 avqust

Bavariya – Herta
Borussiya (Dortmund) – Auqsburq
Bayer – Paderborn
Borussiya (Münhenqladbax) – Şalke
Volfsburq – Köln
Ayntraxt – Hoffenhaym
Verder – Fortuna
Frayburq – Maynts
Yunion Berlin – Leyptsiq

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button