Bundesliqada növbəti mövsümün təqvimi açıqlandı

Futbol üzrə Almaniya Bundesliqasında 2022/2023 mövsümünün təqvimi açıqlanıb.

Komanda.az xəbər verir ki, yeni mövsüm avqustun 5-də start götürəcək. Açılış oyununda “Ayntraxt” son çempion “Bayern”i qəbul edəcək. Dortmund “Borussiya”sı isə avqustun 6-da “Bayer”lə qarşılaşacaq.

Bundesliqanın sonuncu – 34-cü turu mayın 27-də oynanılacaq.