Bundesliqada mövsümün ən yaxşı futbolçusu açıqlandı

Futbol üzrə Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

Komanda.az xəbər verir ki, bu ada “Leypsiq”in hücumçusu Kristofer Nkunku layiq görülüb.

Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb. Fransız futbolçu mükafatı azarkeşlərin, klubların və ekspertlərin birgə qərarı ilə alıb.

24 yaşlı forvard geridə qalan mövsümdə ölkə çempionatında 34 oyuna çıxıb. O, bu qarşılaşmalarda 20 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Nkunku bu mövsüm Bundesliqada 4 dəfə ayın futbolçusu da seçilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button