Bundesliqada mövsümün ən yaxşı gənc futbolçusu bəlli oldu

Almaniya Bundesliqasında başa çatan 2019/20 mövsümünün ən yaxşı gənc futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bununla bağlı Almaniya Futbol Liqasının rəsmi saytında aparılan sorğunun qalibi “Bavariya”nın 19 yaşlı yarımmüdafiəçisi Alfonso Devis olub.

Qana əsilli kanadalı futbolçu geridə qalan mövsümdə Bundesliqa çərçivəsində 29 oyuna çıxıb, 3 qola imza atıb.