Bundesliqada klubunu dəyişdi

Almaniyanın “Verder” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bremen təmsilçisi müdafiəçi Kevin Foqtu heyətinə cəlb edib.

Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. Almaniyalı müdafiəçi yeni klubunda 3 nömrəli formanı geyinəcək.

Foqt bu mövsüm “Hoffenhaym”la Almaniya Bundesliqasında 11 oyuna çıxıb.