“Bavariya”dan darmadağın

Almaniya Bundesliqasında mövsümün ikinci dövrəsinə start verilib.

Komanda.az xəbər verir ki, üç günü əhatə edən 18-ci tura “Şalke” – “Borussiya” (Münhenqladbax) matçıyla start verilib. Meydan sahibləri bu görüşdə iki cavabsız qolla qalib gəliblər.

Dortmund “Borussiya”sı bu turda “Auqsburq”un qonağı olub. Kifayət qədər məhsuldar alınan bu oyuna qonaq komandanın yenicə transfer etdiyi Erlinq Haland damğa vurub. Komandasının 1:3 hesabıyla məğlub durumda olarkən meydana çıxan futbolçu het-trikə imza atmaqla “Borussiya”ya əzmkar qələbə qazandırıb.

Turnir cədvəlinin vahid lideri “Leyptsiq” isə “Yunion”u qəbul edib və inamlı qələbəyə sevinib.

Sonuncu oyun günündə iki görüş baş tutub. Səfərdə “Herta”nın qonağı olan “Bavariya” 4 cavabsız qolla qalib gəlib. “Bayer” də “Paderborn”u darmadağın edib.

Almaniya Bundesliqası, 18-ci tur

17 yanvar

Şalke – Borussiya M 2:0
Qol
: S.Serdar, 48. Qreqoritş, 58.

18 yanvar

Auqsburq – Borussiya D 3:5
Qol
: Nyederlaxner, 34; 55. Rixter, 46 – Brandt, 49. Haland, 59; 70; 79. Sanço, 61.

Fortuna – Verder 0:1
Qol
: Kastenmayer, 67-öz qapısına.

Köln – Volfsburq 3:1
Qol
: Kordoba, 22; 45+2. Hektor, 62 – Steffen, 66.

Hoffenhaym – Ayntraxt 1:2
Qol
: Stafylidis, 48 – Dost, 18. Çandler, 62.

Maynts – Frayburq 1:2
Qol
: Mateta, 82 – Hoon, 28. Petersen, 41.

Leyptsiq – Yunion 3:1
Qol
: Verner, 51; 83. Sabitzer, 57 – Bulter, 10.

19 yanvar

Herta – Bavariya 0:4
Qol
: Müller, 60. Levandovski, 73. Alkantara, 76. Perişiç, 84.

Paderborn – Bayer 1:4
Qol
: Srbeni, 51 – Volland, 11; 14. Baumqartlinger, 36. Haverts, 75.

Bombardir: Robert Levandovski (Bavariya) – 20 qol.