Bundesliqa klubu milli üzvüylə “nikah təzələdi”

Almaniyanın “Leyptsiq” klubu futbolçusu Yussuf Poulsenin müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi 24 yaşlı hücumçuyla müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2013-cü ildən “Leyptsiq”də forma geyinən Poulsen, bu mövsüm 35 qarşılaşmada iştirak edərək, 15 qol vurub.

Poulsen Danimarka millisinin də üzvüdür. O, yığmada keçirdiyi 36 oyunda 5 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button