Bundesliqa klubunun qapıçısı 6 aylıq sıradan çıxdı

Almaniyanın “Leyptsiq” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisinin qapıçısı Peter Qulaçi uzun müddətə sıradan çıxıb.

O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Şotlandiya “Seltik”inə 3:1 hesabıyla qalib gəldikləri oyunda zədələnib.

Macarıstandan olan 32 yaşlı qapıçının müayinələrdən keçdikdən sonra azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button