Bundesliqa klubundan yeni transfer

Almaniyanın “Hoffenhaym” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa klubu elitanın digər təmsilçisi “Hannover”in hücumçusu İlas Bebunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Toqo yığmasının şərəfini qoruyan 25 yaşlı futbolçu ilə 2023-cü ilə qədər müqavilə imzalanıb.

Karyerası məhz Almaniya ilə bağlı olan Bebu peşəkar futbola Düsseldorf “Fortuna”sında başlayıb. 2017-ci ildən etibarən isə o, “Hannover”də çıxış edirdi.