“Şalke”dən gözlənilməz qərar: 3 futbolçu komandadan uzaqlaşdırıldı

Almaniyanın “Şalke” klubu üç futbolçusunu komandadan uzaqlaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Nabil Bentaleb və Amin Harit növbəti qəraradək komandadan uzaqlaşdırılıb. Digər futbolçu Vedad İbişevicin müqaviləsinə isə xitam verilib.

Hər üç futbolçunun klubla fikir ayrılığı yaşadığı bildirilir.