Bundesliqa klubundan daha bir transfer

Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Niderlandın “Qroningen” klubunun yarımmüdafiəçisi Aydin Hrustiçi transfer edib.

Bu barədə Frankfurt klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

2014-cü ildən “Qroningen”in sıralarında olan Hrustiç son üç mövsümü bu klubun əsas komandasında keçirib. Bosniya əsilli futbolçu həm də Avstraliya yığmasının üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button