Bundesliqa klubundan baş məşqçi ilə yeni müqavilə

Almaniyanın “Verder” klubu baş məşqçi Florian Kohfeldtlə bağlı qərarını açıqlayıb.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi 36 yaşlı mütəxəssislə müqavilənin müddətini uzadıb.

Bu barədə Bremen klubunun rəsmi saytı məlumat yayıb. Yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədərdi. Əvvəlki müqavilənin müddəti isə 2021-ci ildə başa çatacaqdı.

Kohfeldt 2017-ci ilin oktyabr ayından bəri “Verder”i çalışdırır. Bremen təmsilçisi onun rəhbərliyi altında geridə qalan mövsümdə Bundesliqada 8-ci yeri tutub, həmçinin Almaniya Kubokunda yarımfinala qədər irəliləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button